Kim Çen Inın bacısı ölkəsini TƏNQİD EDƏNLƏRİ İTƏ BƏNZƏDİB

2022-12-20 15:09:00

Kim Çen Inın bacısı ölkəsini TƏNQİD EDƏNLƏRİ İTƏ BƏNZƏDİB

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq ilk casus peykinin hazırlanmasında son mərhələ olaraq görülən sınaq peyki ilə bağlı tənqidlər haqqında danışarkən bunu "hürməyə" bənzədib.

Hurriyyet.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Cənubi Koreyaya qarşı da təhdidlər səsləndirən Yo-jong "Məncə, boş-boş danışmağı dayandırsalar, diqqətli olsalar və iki dəfə düşünsələr daha yaxşı olar", deyə bildirib.

Xatırladaq ki, Şimali Koreya dekabrın 19-da ilk casus peykinin hazırlanmasında son mərhələ olaraq görülən sınaq peykini orbitə buraxdığını açıqlayıb. Şimali Koreyanın KCNA xəbər agentliyi isə Cənubi Koreyanın paytaxtı Seul və İnçon şəhərini kosmosdan göstərən sınaq peykindən çəkilmiş aşağı ayırdetmə qabiliyyətinə malik ağ-qara fotoşəkilləri yayımlayıb.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.233583