Saat:06:46
Haqqımızda

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi: Belə davam etsə...

2022-08-11 10:14:00

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi: Belə davam etsə...

Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Hurriyyet.az-ın xəbərinə görə, Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kim Çen Inın bacısıdır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR