Kim Çen In Rusiya ordusuna güclü dəstək əmri verib
Şimali Koreyanın xarici işlər naziri Çoy Sonq Hi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, Şimali Koreya lideri, Dövlət Şurasının sədri Kim Çen In Ukraynada xüsusi hərbi əməliyyatın əvvəlindən Rusiyaya dəstək verilməsini əmr edib.
Hurriyyet.az xəbər verir ki, Çoy Sonq Hinin sözlərinə görə, Kim Çen In göstəriş verib ki, Şimali Koreya Rusiyanı dəstəkləmək məsələsində heç kimə baxmamalıdır.
ŞKDR lideri Rusiyanın apardığı savaşı “müqəddəs müharibə” adlandırıb.
Çoy Sonq Hi Şimali Koreya liderinin belə bir əmri Ukraynada aparılan müharibənin lap əvvəlindən verdiyini bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin bu il iyunun ortalarında Pxenyana səfəri zamanı Rusiya Federasiyası ilə KXDR arasında “Hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb”. Putin daha sonra təsdiqləyib ki, müqavilədə qarşılıqlı hərbi yardım haqqında bənd də var. Rusiya lideri vurğulayıb ki, bu əməkdaşlığın necə həyata keçiriləcəyini yalnız Moskva və Pxenyan müəyyən edəcək./musavat.com/