Saat:04:45
Haqqımızda

Kəşmir də bir gün Qarabağ kimi azad olacaq - Pakistan səfiri

2021-07-31 13:27:00

Kəşmir də bir gün Qarabağ kimi azad olacaq - Pakistan səfiri

Biz inanırıq ki, bir gün Qarabağ kimi Kəşmirin də azad olunmasına Azərbaycan xalqı ilə birgə sevinəcəyik.

Bu sözləri Axar.az-a Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı zamanı deyib.

"Pakistan Milli Assambleyasının sədrinin burda iştirakına görə xoşbəxtik. Bu mənim üçün xüsusi hadisədir. Çünki Pakistan səfirliyi bu mərkəzin açılmasında böyük səy göstərib. Bu mərkəz Pakistan mədəniyyətinin, müxtəlifliyini ve urdu dilinin Azerbaycanda inkişafına kömək edəcək. Yaxın aylarda Pakistanda da Azerbaycan mədəniyyət mərkəzi açılacaq. Daha güclü xalq əlaqələrini istəyiriksə, iki dövlət bir-birinin dilini yaxşı öyrənməlidir. Bu bizim gələcək əlaqələr üçün kiçik addımlarımızdır. Ümid edirik ki, yaxın aylarda daha böyük uğurlara imza atacağıq", - səfir qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR