Saat:02:49
Haqqımızda

Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib - FOTOLAR

2021-07-24 12:49:00

Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi“ adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatların yeni mərhələsi başlayıb.

APA-nın məlumatına görə, qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib. Zəngin mədəni irsə malik qəbir abidələrində dövrün ən maraqlı həm də vacib elementləri aşkar edilib.

Son Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün Sarıyoxuş, Karvan və Qaltan dərələristrateji əhəmiyyət daşıyıb. Sözügedən ərazilərdə tapılan kurqan tipli qəbir abidələri onu deməyə əsas verir ki,burada yüksək sosial statusa malik qədim tayfa nümayəndələri yaşayıb və dəfn ediliblər.

İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasından Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni imperiyasının ən yüksək inkişaf dövrünün üslubundadır. Silindrik möhür e.ə. II minilliyin sonu I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir. Bu möhürün sayca altıncısının tapılması xarici alimlərin də maraq dairəsində olub.

Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatlar davam etməkdədir. Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş və 1 torpaq örtüklü kurqan tipli qəbir abidələri qeydə alınıb.

Arxeoloji qazıntılardan əldə olunan nəticələr onu sübut edir ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisi bu cür tarixi maddi-mədəniyyət nümunələri ilə zəngindir. Buna görə də ərazidə arxeloji qazıntılarla bərabər arxeoloji kəşfiyyat işləri də davam etdilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR