Saat:11:47
Haqqımızda

Kərkükdə İŞİD-ə qarşı əməliyyat

2022-11-28 10:59:00

Kərkükdə İŞİD-ə qarşı əməliyyat

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, dünən İraqın Kərkük şəhərində İŞİD terror təşkilatına keçirilən antiterror əməliyyatı nəticəsində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Kərkük Polis İdarəsinin mətbuat təmsilçisi Amir Nuri, şəhərin cənubundakı Havice rayonunun Rəşad bölgəsinin yaxınlığındakı İŞİD terrorçularına qarşı əməliyyat keçirildiyini, İraq federal polis qüvvələrinin 5 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

2014-cü ilin iyununda İŞİD terror təşkilatı İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərinin bir qismini ələ keçirsə də, sonralar bu ərazilər terror işğalından azad edilmişdi.

2017-ci il, 9 dekabr tarixində İraqın Baş naziri Heydər Əl İbadi çıxış edərək ölkə ərazisində İŞİD-in məğlub olduğunu bəyan eləmişdi.

İŞİD-in regiondan qovulması və şəhərlərin geri alınmasının üstündən 5 il keçdiyinə baxmayaraq, İŞİD-in Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar vilayətlərinin çöl ərazilərindəki hücumları davam edir.

Noyabrın 19-da Kərkükdə orduya məxsus nəzarət məntəqəsinə səsbatırıcılı silahlarla edilən hücum nəticəsində 4 nəfər İraq əsgəri şəhid olmuşdu.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR