Kərkük xalqı ayağa qalxdı, İraqın Baş naziri qərarını təxirə saldı

2023-09-04 11:42:08

Kərkük xalqı ayağa qalxdı, İraqın Baş naziri qərarını təxirə saldı

Ölənlər və yaralananlar var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kərkük əhalisinin etirazlarından sonra şəhərin ordu binasının KDP-yə verilməsi qərarı ertələnib.

Kərkük valisi Rakan Səid əl Cuburi bundan sonra Birgə Əməliyyatlar Komandanlığı Qüvvələrinin binasının Kürdüstan Demokrat Partiyasına verilməsi qərarına etiraz edən nümayişçilərin Kərkük-Ərbil quru yolu üzərində qurduqları çadırları toplamağa başladıqlarını bildirib.

KDP tərəfdarları Kərkük-Ərbil yolunu bağlayan etirazçılarla toqquşmuş, nəticədə nümayişçilərdən 3 nəfəri həlak olmuş, 9 nəfəri isə yaralanmışdı.

İraqın Baş naziri Sudani də Kərkükdəki hadisələrə qarşı əməliyyat aparılması təlimatı verib.

Şimali İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələri 2014-cü ildə İŞİF terror təşkilatının meydana çıxmasından sonra İraq ordusunun Kərkükdə boşaltdığı hərbi bazalara yerləşməyə başlamış və 3 il boyunca şəhərə nəzarəti de-fakto ələ keçirmişdi.

2017-ci il sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində keçirilən qondarma “müstəqillik referendumu” və Kərkükü ilhaq cəhdinin ardından mərkəzi hökumət qüvvələri 2017-ci il oktyabrın 16-da Kərkükə daxil olaraq şəhərdəki Peşmərgə qüvvələrini oradan çıxarmışdı.

İraq ordusu KDP binasını boşaldıb Kərkük Əməliyyat Komandanlığı Qərargahına vermişdi.

KDP isə həmin binaya yenidən sahiblənmək niyyətində olduğunu bildirib.

Binanın İraqın Baş naziri Məhəmməd Şiə əs Sudaninin təlimatı ilə boşaldılaraq KDP-yə təhvil verilməsi hazırlığıbarəsində xəbərlərdən sonra, avqustun 25-dən bəri kütləvi etirazlar başlayıb.

Qərargah qarşısındakı nümayişlərdə türkmənlərlə yanaşı, sünni ərəb tayfalaları, Əsayib Əhlihaqq Hərəkatı tərəfdarları da iştirak ediblər.

Kürdlərin sıx məskunlaşdıqları Rahimava regionundan toplaşanlar isə nümayişçilərin qarşı tərəfində çıxış ediblər.

Ərəb və türkmənlərdən ibarət etirazçılarla KDP tərəfdarlarının toqquşması zamanı dövlət qüvvələrinin əməkdaşları havaya atəş açıblar. Şahidlər bundan sonra dumanların yüksəldiyini bə əraziyə təcili yardım maşınlarının gəldiyini söyləyirlər.

Hürr Tərcüman

Bir 7 nəfər və mətn şəkili ola bilər

Protestolar üzerine Kerkük'teki ordu binasının KDP'ye verilmesi kararı ertelendi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136425