Saat:00:14
Haqqımızda

“Kərim Şükürovun istefası çox yanlış addımdır” - Aslan İsmayılov

2022-01-22 16:24:00

“Kərim Şükürovun istefası çox yanlış addımdır” - Aslan İsmayılov

"Dünən AMEA-da baş verənlərlə bağlı yazımdan sonra professor Kərim Şükürovla bağlı digər fikirləri də oxuyub sanki ona qarşı haqsızlıq etdiyimi gördüm. Professorlar Əbülhəsən Abbasov, Qulu Məhərrəmli, İdris Abbasov və digər fikirlərinə hörmət etdiyim şəxsləri oxuduqdan sonra yeni yazıya ehtiyac duydum".  

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu fikirləri hüquqşunas Aslan İsmayılov sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib. 

Hüquq müdafiəçisi fikirlərini bu cür davam etdirib: 

“Əksəriyyət K.Şükürovu vicdanlı müəllim, obyektiv tarixçi, cəmiyyətə faydalı bir alim kimi dəyərləndirir. Ona görə də onun 4 fevral 2021-ci ildə "Akademik Ramiz Mehdiyev əsərləri ilə Azərbaycan elmində yeni bir mərhələni - tarixin fəlsəfəsini yaradıb" fikrinin hansısa yanlışlıqdan irəli gəldiyini düşünürəm və hesab edirəm ki, cəmiyyət üçün dəyərli olan belə şəxslər vəzifələrindən istefa verib AMEA-nı R.Mehdiyev və onun dəstəsinin ümidinə buraxmamalıdırlar”. 

Aslan İsmayılov Kərim Şükürovun istefasının doğru addım olmadığnı da qeyd edib: 

“İndi K.Şükürovun Tarix İnstitunun direktoru vəzifəsindən istefa verməsini çox yanlış addım sayıram. Hesab edirəm ki, məhz T.Şükürov kimi alimlər öz vəzifələrində Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün uzun illər bu xalqa etdikləri düşmənçiliyi bütün çılpaqlığı ilə göstərməlidirlər.

Bu cütlük tək məişət səviyyəli intriqalarla məşğul olmayıblar. Bunlar uzun illər planlı şəkildə bu xalqın tarixinin saxtalaşdırılması, mədəniyyətinin, adət-ənənələrinin, ziyalı təbəqəsinin məhv edilməsi ilə ağalarının göstərişləri əsasında planlı şəkildə məşğul olmuşlar”. 

Xalqını sevən hər bir şəxs R.Mehdiyev - Ə.Həsənov irsinə qarşı mübarizə aparmalıdırlar... 

“Buradan bir daha təkrar edirəm ki, bu iki fərdin mənə qarşı hansısa davaları, qərəzləri olmayıb, əksinə bütün vasitələrlə məni öz çevrələrinə çəkmək istəyiblər. Bu münasibətlər şəxsi münasibətlərdən irəli gəlməyib. İlk olaraq mən bunların ziyanlı fəaliyyətlərini ifşa etməyə başlamışam. Onlar da vəzifələrindən istifadə edərək bacardıqları pisliyi mənə ediblər. Əminəm ki, hələ illər sonra da onların fəaliyyətlərinin acı nəticələrini görəcəyik.

Ona görə də xalqını sevən hər bir şəxs R.Mehdiyev - Ə.Həsənov irsinə qarşı bacardığı mübarizəni aparmalıdırlar”. 

Qeyd edək ki, əvvəlki statusunda Aslan İsmayılov Kərim Şükürovu Ramiz Mehdiyevə qarşı birmənalı mövqe sərgiləməməkdə ittiham etmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR