Saat:16:46
Haqqımızda

"Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm"

2021-08-05 20:56:00

"Onun sirri" proqramı  müğənni Niyam Salaminin doğulub boya-başa çatdığı evdə olub.

N.Salami uşaqlığından danışarkən göz yaşlarına hakim ola bilməyib:

"Həmişə deyirəm kövrəlməyəcəm, amma alınmır. Təəssüf ki, rayona, torpağıma gedəndə valideynlərimi görə bilmirəm. Düzdür, başım uca gedirəm. Maşından düşəndə, camaata salam verəndə, çəkinmirəm-utanmıram.

Bu, böyük şərəfdir. Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm. Camaatı ağlatmaq-güldürmək çox çətindir. Hardasa deyirdilər ki, müğənni olsan, səni qəbul etməyəcəyik. Məndən maddi dəstək də gözləmirlər".

İfaçı söyləyib ki, vaxtında klublarda çox pul xərcləyib:

"Klubların "xalq artisti" olmuşam. Gənclik illərimdə klubsever idim". \\Sherq.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR