"Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz... - BU NƏ DEMƏKDİR?"

2022-05-13 11:49:00

“Kağızdan əlavə dəyər vergisinin götürülməsi haqqında qanun qəbul etmişdik. Nazirlər Kabineti yanvardan qüvvəyə minən qanunun işləməsini təmin etmir”.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, o qiymətə olan kağızla qəzet buraxmaq mümkün deyil: “Nə edək, yenidən qanun qəbul edək? Xahişim odur ki, Baş nazir Əli Əsədov buna diqqəti artırsın. Biz özümüz kağız istehsal etmirik, hamısını xaricdən alırıq. Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan cəmiyyətik”.

Aqil Abbas Kəlbəcərə qoyunçuluq təsərrüfatının göndərilməsi sahəsində də problemlər olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”.

Parlamentin Sədri Sahibə Qafarova isə bildirib ki, ən az kitab oxuyan cəmiyyət olmağımızla bağlı statistikaya rast gəlməyib.

APA.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya