Saat:07:22
Haqqımızda

Kemeron Kiyevdə - Zelenski ilə yüzillik razılaşma imzalanacaq

2024-05-03 14:00:27

Kemeron Kiyevdə - Zelenski ilə yüzillik razılaşma imzalanacaq

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniya ilə Ukrayna 100 illik əməkdaşlığı hədəfə alıblar.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Kiyevə səfəri zamanı Ukrayna dövlətinin rəhbərliyi ilə 100 illik əməkdaşlıqla bağlı danışıqlar aparmağa başlayıb. Bu, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün tamamilə yeni razılaşma olacaq.
Britaniyanın Kiyevdəki səfirliyinin açıqlamasında deyilir: "Nazir 100 illik tərəfdaşlıqla bağlı Ukrayna ilə danışıqlar aparmağa başlayıb. Yeni razılaşma bütün sahələrdə - ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və bir çox digər sahələrdə ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirəcək". 
Britaniya diplomatiyasının rəhbəri deyib: "Ukraynanın qələbə çalması üçün lazım olan hər şeylə onu təmin etməliyik".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204876