Kəmaləddin Heydərovun xanımı 97 minlik tenderin qalibi oldu

2022-06-06 16:50:00

Kəmaləddin Heydərovun xanımı 97 minlik tenderin qalibi oldu

Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ofis yeri üçün elan etdiyi tenderin qalibi məlum olub. 

Huurriyyet.az xəbər verir ki, qalib fərdi sahibkar Heydərova Ruhəngiz Muxtar qızıdır. BBMM-lə Ruhəngiz Muxtarova arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 97 680 AZN-dir. 

Ruhəngiz Heydərova Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. 

O, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvüdür.

BBMM-in 2020-ci ildə ofis yeri üçün Ruhəngiz Heydərova ilə müqavilə imzalayıb. Həmin müqavilənin maliyyə dəyəri 48 840 AZN təşkil edib. Ruhəngiz Heydərovanın BBMM-ə icarəyə verdiyi ofis Mikayıl Useynov küçəsi, ev 63 ünvanında yerləşir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya