Kəmaləddin Heydərovun FETO-dan aldığı məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi

2022-12-09 22:48:00

Kəmaləddin Heydərovun FETO-dan aldığı məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Günaydın” restoranı “Paşa Holdinq”in tərkibinə daxil edilib.

Hurriyyet.Az xəbər verir ki, Xətai pr., ev 51 ünvanında yerləşən “Günaydın” restoranı 2012-ci ildən fəaliyyət göstərir. Restoran Türkiyənin eyni adlı restoronlar şəbkəsinin françayzi kimi fəaliyyət göstərib. Bu barədə məlumat Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”in rəsmi veb-saytında da yer alıb.

Kəmaləddin Heydərovun FETO-dan aldığı məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi


Məlumat üçün bildirək ki, “Gilan Holdinq”ə Kəmaləddin Heydərovun oğlanları -Tale və Nicat Heydərovların rəhbərlik etdiyi bildirilir. Tale Heydərovun “Linkedin” sosial şəbəkə hesabında onun hal-hazırda “Gilan Holdinq”in İdarə heyətinin sədri olduğu qeyd olunub.


“Günaydın” restoranının adı artıq “Paşa Holdinq”ə məxsus rəsmi veb-sayta da əlavə edilib.


“Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər pr., 153-də qeydiyyatda olan “Bakı Boulevard Gunaydın” MMC-nin (VÖEN – 1405381901) qanuni təmsilçisi Zafer Zencır eyni zmanda Xətai pr., ev 51 ünvanında qeydiyyatda olan “Bakı Günaydın” MMC-nin (VÖEN – 1502077621) qanuni təmsilçisidir.


Onu da xatıraladaq ki, Xətai pr., ev 51 ünvanında Kəmaləddin Heydərovun prezidenti olduğu Azərbaycan Taekvondo Federasiyası da yerləşir.

Hurriyyet.Az xəbər verir ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Günaydın” restoranına Azərbaycanda 2015-2016-cı illərdə “FETO”-çulara qarşı keçirilən “əməliyyat”dan sonra sahib çıxmışdı. “FETO”-çulara məxsus “Günaydın” restoranına Tale Heydərovun necə sahib çıxmasının qaranlıq səbəbləri olub… \\Yeniavaz.com

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.210871