"Kəmaləddin Heydərovun Etibar adlı polis qohumu mənimlə..." - İşdən çıxarılan polis rəisi İZAHAT VERDİ

2022-07-20 12:59:00

Xəbər verdiyimiz kimi ötən gün Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Etibar Babayevin mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu iddia edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlama verən eks polis rəisi bu iddiaları təkzib edib.

“Kamaləddin müəlim Naxçıvandan, mən isə Qəbələdə anadan olmuşam. Biz necə qohum ola bilərik? Mən Kamaləddin müəllimin qohumu deyiləm. Bəli, onun Etibar Babayev adlı bir qohumu var. O da polisdə çalışır, ona görə onunla məni səhv salırlar. Mən o Etibar Babayev deyiləm.”

Daha sonra Etibar Babayev açıqlamasında bunları deyib.

“Qaldı ki, polis sistemindən gedirəm, bundan sonra günlərimi ailəmə, nəvələrimə həsr edəcəm. Cənab nazirə təşəkkür edirəm!”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053338