Kəmaləddin Heydərova bağlı daha bir şirkət “Paşa Holdinq”ə bağlı şirkətə birləşdi – SİYAHI

2022-12-26 19:25:00

Kəmaləddin Heydərova bağlı daha bir şirkət “Paşa Holdinq”ə bağlı şirkətə birləşdi – SİYAHI

“Abşeron-Ticarət LTD” MMC (VÖEN- 1500430201) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə (VÖEN-1701459191) qoşulub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğv olunan “Abşeron-Ticarət LTD” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, m. 466-da yerləşir. Nizamnamə kapitalı 5 milyon 930 min 64 manat olan MMC-nin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.

Qeyd edək ki, Nəriman Nərimanov pr., ev 206 ünvanında vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı şirkətlər yerləşib. MMC-nin qanuni təmsilçisi Cəmil Muradov “Gilan Holdinq”ə bağlı onlarla şirkətə rəhbərlik edir. Eyni zamanda Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.

“Abşeron-Ticarət LTD”nin qoşulduğu “PMD GROUP” MMC isə 2013-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

Məlumat üçün onu da bildirək ki, bu günə kimi onlarla şirkət ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.

Həmin şirkətlərdən bəziləri aşağıdakılar olub:

«ORUCOĞLU” MMC (VÖEN: 1800697961)

“FİDO” MMC (VÖEN: 1800681511)

“ZƏRGƏR” Müəssisəsi (VÖEN: 1300122391)

“XƏZRİ REZİDENS” MMC (VÖEN: 2903256871)

“AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031)

“ÇIRAQ-M” MMC  (VÖEN: 1400470531)

“AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031),

“AZTERMİNAL-1” Firması (VÖEN: 1300428981),

“CNG AUTOGAS” MMC (VÖEN: 1702333941),

“AZVİL TİKİNTİ” MMC (VÖEN: 1302942781)

"LENKERAN HOTEL AND RESORT COMPANY ƏMLAK" MMC (VÖEN:1405744011),

“YENİ ÇİNAR HOTEL COMPANY ƏMLAK” MMC (VÖEN:1405757961),

“YENİ NAFTALAN HOTEL COMPANY ƏMLAK” MMC (VÖEN:1405758191),

“AZBİZNESSERVİS ƏMLAK” MMC (VÖEN:1405774411),

“BEER ART ƏMLAK” MMC (VÖEN:1405776941),

“EXCELSİOR HOTEL ƏMLAK” MMC (VÖEN:1405780651),

“YENİ QALAALTI HOTEL COMPANY ƏMLAK” MMC (VÖEN:1405776811),

“YENİ ŞAMAXI HOTEL COMPANY ƏMLAK” MMC (VÖEN:1405773341)

“Xəzər-Turizm” MMC-nin (VÖEN: 7700063861)

“Hillside Apartments” MMC-nin (VÖEN: 1702255531)

“Foton Əmlak” MMC (VÖEN:1405696541)

“A-GRADE REAL ESTATES” MMC  (VÖEN:1405640551)

 “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841)

“RİQAL” MMC

“TƏBRİZ EVLƏRİ” MMC

“PRİME ESTATES” MMC


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141658