Kəmaləddin Heydərov tapşırıq verdi, nazirlikdə yoxlama başladı

2022-08-26 14:41:00

Kəmaləddin Heydərov tapşırıq verdi, nazirlikdə yoxlama başladı

Fövqəladə Hallar Nazirliyinin ətrafında yaranmış ajiotaj nisbətən səngisə də, bu qurumda baş verən hadisələrin necə nəticələnəcəyi böyük maraq doğurur. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin intim videoları ictimaiyyətin diqqəti bu quruma yönəldi. Zaur Mirzəyevin məhkəmə qərarı ilə həbsi ictimai qınağı nisbətən yumşaltsa da, FHN-nin başçısı Kəmaləddin Heydərov və yaxın ətrafı ilə bağlı tənqidlər davam edir.

Hurriyyet.az xatırladır ki, sözügedən video görüntülərinin yayılmasında sonra Zaur Mirzəyevlə əlaqədə olan Xidmət əməkdaşlarının hamısı vəzifədən uzaqlaşdırılıb. Bununla yanaşı həmin əməkdaşların fəaliyyətinə cavabdeh olan bir neçə vəzifəli şəxs barəsində də ölçü götürülüb.

Aldığımız məlumata görə Kəmaləddin Heydərovun göstərişi ilə bu həftənin əvvəlindən etibarən FHN-nin mərkəzi aparatında və nazirliyə tabe olan bütün strukturlarda yoxlamalar başlanılıb. Xüsusi komissiya təkcə biabırçı hadisənin baş verdiyi Dövlət Yanğından Mühafizə Xidmətində deyil FHN-nin tabeliyində olan bütün idarələrin fəaliyyətini ciddi təftiş edir.

Xəbərə görə, komissiya cəmi 4-5 gün ərzində təkcə Dövlət Yanğından Mühafizə Xidmətində deyil, nazirliyə tabe olan digər qurumlarda da pozuntular aşkarlanıb. Bu qanunsuzluqlara daha çox vəzifə təyinatlarında və rütbələrin paylanılmasında yol verilib. 

Komissiya Dövlət Yanğından Mühafizə Xidmətində leytenant rütbəsi ilə fəaliyyətə başlayan şəxsin cəmi beş il ərzində mayor rütbəsinə qədər yüksəldiyini aşkarlayıb. Bununla paralel olaraq büdcə vəsaitlərinin xərclənməsi zamanı israfçılığa yol verilib, xərclər smetası bir neçə dəfə şişirdilib. Komissiyanın apardığı araşdırmanın ilkin nəticələri FHN başçısı Kəmaləddin Heydərovu həm məyus, həm də narahat edib. "Fözvqəlnazir"in tezliklə sərt qərarlar qəbul edəcəyi gözlənilir. 

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000140