“Kəmaləddin Heydərov məni pensiyaya göndərdi” – Məşhur general
2023-01-20 12:15:00
.jpg)
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib.
"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm".
Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya