Kəlbəcərdə yük maşınları toqquşdu - Xəsarət alan var

2022-12-23 17:16:00

Kəlbəcərdə yük maşınları toqquşdu - Xəsarət alan var

Kəlbəcərdə iki yük avtomobili toqquşub.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib. İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.187466