Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO
2024-04-12 09:31:07

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
