Kəlbəcərdə vəfat edən Riyad həvəskar meyxanaçı imiş...

2022-06-14 13:55:00

Kəlbəcərdə vəfat edən Riyad həvəskar meyxanaçı imiş...

Dünən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər Riyad Əliyarovun görüntüləri yayılıb.

Hurriyyet.az xəbər verir ki, 2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olan və burada doğulub boya-başa çatan Riyad Əliyarov bu ilin oktyabrında tərxis olunacaqmış.

Bildirilir ki, 15 ayın əsgəri olan Riyad mühəndis-istehkam bölməsində xidmət edirmiş.

Yaxınlarının bildirdiyinə görə, Riyad yaşadığı ərazidə və əsgər yoldaşları arasında həvəskar meyxanaçı kimi tanınıb.

Qeyd edək ki, bədbəxt hadisə dünən saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılbı, araşdırmalar aparılır.

Nizam Rza

 




Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya