Kəlbəcərdə qəbrləri dağıdanlar kimlərdir? - ERMƏNİLƏRMİ, YOXSA...

2022-06-15 12:43:00

Kəlbəcərdə qəbrləri dağıdanlar kimlərdir? - ERMƏNİLƏRMİ, YOXSA...

Kəlbəcərdə qəbrlər dağıdılır. Hürriyyətə Tv-yə danışan rayonunun Lev kənd sakini bildirir ki, yaxınlarının qəbrini ziyarət edərkən, qəbristanlığın dağıdıldığını görüb. Belə ki, Kəlbəcərdə yol çəkən şirkət qəbristanlığın içindən maşın yolu salıb. Gördüklərindən dəhşətə gələn kənd sakini, bunu vandallıq adlandırıb:

"Xüsusi kənd təsərrüfatı ilə bağlı Ləlbəcər rayonuna getmişdim. Bizi öz kəndimizə qoymadılar. Baxdım ki, kənddə iş gedir. Kəndimizin içindən yol çəkiblər və nəticədə bütün qəbrlər dağıdılıb. Acınacaqlı bir vəziyyətdə qoyublar. Kəlbəcərdə yol çəkən şirkət qəbrləri dağıdıb. Əvvəl qəbrlərə baş çəkən zaman bu vəziyyətdə deyildi. Qəbrləri köçürmədən, yolu düz qəbristanlığın içindən salıblar. Bu cür vandallıq olmaz. Heç yerdə görülməyib ki, qəbristanlığın içindən maşın yola salınsın...Şəhidlərimizin qarşısında baş əyirəm. Onları torpaqlarımızı aldı ki, biz yaxınlarımızın qəbirlərini ziyarət edə bilək. Mən gördüyüm mənzərdən dəhşətə gəlirəm. Maraqlısı burasındadır ki, bunu edənlər də özümüzkilərdir. Kənd nümayəndəsinə də məlumat vermişəm. Onun da bundan məlumatı var. Bütün qəbrləri dağıdıblar".

PS. Bu cür xoşagəlməz hadisənin baş verməsi çox acınaqlıdır. Şəhidlərin qanı bahasına alınan torpaqlarda, məzarlıqların dağıdılmazı vandalizmdən başqa bir şey deyil. Bəlkədə bu cür addımlarla, kimlərsə düşmən dəyirmanına su tökür...İllərlə yaxınlarının qəbrlərini ziyarət edə bilməyən rayon sakinlərinin yaxınlarının məzarlarının hansısa yolçəkən şirkət tərəfindən dağıdılması düşmənin hələ də susmadığını göstərir. Bunu edən "özümüzkülər" sizlərin düşməndən fərqiniz nədir?...

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya