Kəlbəcərdə itkin düşmüş hərbçimiz Azərbaycana təhvil verildi

2022-08-03 09:14:00

Kəlbəcərdə itkin düşmüş hərbçimiz Azərbaycana təhvil verildi

Ermənistan Silahlı Qüvvələri 10 gün əvvəl itkin düşmüş hərbçimiz Kamiz İbayevi Azərbaycan tərəfinə təhvil verib.

Hurriyyet.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Qeyd edilir ki, İbayev Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.

Xatırladaq ki, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065661