Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi

2022-06-14 09:31:00

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya