Kəlbəcər sakini Goranboyda minaya düşüb
2025-05-31 14:15:52

Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
APA
