Keçmiş xarici işlər naziri Cavad Zərif İranın vitse-prezidenti təyin edilib
2024-08-01 21:02:34
İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın vitse-prezidenti təyin edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib.