Keçmiş vitse-prezident Mayk Pens prezidentliyə namizədliyini verib

2022-12-28 12:11:00

Keçmiş vitse-prezident Mayk Pens prezidentliyə namizədliyini verib

ABŞ-ın keçmiş vitse-prezident Mayk Pens prezidentliyə namizəd kimi qeydə alınıb. Bu barədə ABŞ Federal Seçki Komissiyası məlumat yayıb.
Qeyd edək ki, Amerika prezidentinin seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Pens açıq şəkildə bildirib ki, o, prezidentlik uğrunda mübarizə apara bilər, çünki o, keçmiş siyasi rəhbəri Trampı Amerika lideri postuna ən yaxşı namizəd hesab etmir.
Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da prezidentlik yarışına qatılmaq planlarından danışıb. O qeyd edib ki, hazırkı Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Trampdan imtina etməyəcəklərsə, belə bir addım atmağa hazırdır.
Düzdür, Pens gözləmə mövqeyi tutdu. Ondan ABŞ prezident seçkilərində iştirak üçün namizəd kimi rəsmən qeydiyyatdan keçməsi barədə təsdiq hələ də alınmayıb.
Ola bilsin ki, o, əlavə hay-küy istəmir və hələlik respublika düşərgəsində qapalı məsləhətləşmələr keçirməyə üstünlük verir. Prezidentlərin praymerizində “fillər” arasında rəqabət yüksək olacaq. Bu, təkcə Tramp deyil, həm də Florida ştatının hazırkı qubernatoru Ron DeSantisdir. Pens özü də Amerika ştatlarından birinin qubernatoru olub. 2013-cü ildən 2017-ci ilə qədər o, indiyə qədər güclü mövqeyə malik olan İndiana ştatına rəhbərlik edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140272