Keçmiş sovet rəsmisi Nikolay Rıjkovdan "bəlkə də qaytardılar" nostalgiyası: SSRİ Avropa İttifaqının prinsipləri əsasında yenidən yaradıla bilər

2022-12-20 09:06:00

Keçmiş sovet rəsmisi Nikolay Rıjkovdan

Keçmiş sovet rəsmisi Nikolay Rıjkov dünən açıqlama verib ki, SSRİ Avropa İttifaqının prinsiplərinə oxşar yeni prinsiplər əsasında yenidən yaradıla bilər. Bu barədə "RİA Novosti" xəbər verir.
Onun fikrincə, SSRİ-ni onun əvvəl mövcud olduğu formada yenidən yaratmaq mümkün deyil. Amma cəhd etmək olar ki, onu Avropa bənzər formada yaradılsın, “Avropa İttifaqı və onun orqanlarına” yaxın quruluşda.
“Düşünürəm ki, Aİ prinsipi əsasında postsovet məkanında dövlətlərin birliyi yeni şərtlərlə yenidən yaradıla bilər”, deyə Rıjkov bildirib.
"Eyni zamanda, SSRİ-nin mövcudluğunun əvvəlki formatını təkrarlamaq olmaz. Dövlət inkişaf edən, qocalan və xəstələnən canlı orqanizmdir. Ona görə də SSRİ-ni 1922-ci ilin timsalında və bənzərində yenidən yaratmaq mümkün deyil", deyən Rıjkov əlavə edib ki, hər şey inkişaf etməli və hərəkət etməlidir.
P.S. Qeyd edək ki, dekabrın 30-da şər ocağı bədnam Sovet Sosialist Respublikaları İttifaqının yaranmasının 100 illiyi tamam olur. Putinin uğursuzluğa məhkum post-sovet məkanından torpaq qamarlamaq siyasətindən ilham alan xərifləmiş, ölüm astanasında olan keçmiş sovet xadimlərinin sərsəmləməsi təəccüblü deyil. Görünür "erməni xəstəliyi" kimi "rus şovinizmi" də psixopatik xəstəliklər terminologiyasına mütləq daxil edilməlidir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.251967