Saat:04:22
Haqqımızda

Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə hazırlaşır

2024-05-11 15:54:10

Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə hazırlaşır

"Hazırda parlament seçkilərinə hazırlaşırıq".

Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. 

Sədr bildirib ki, rəhbərlik etdiyi partiya 50-dən yuxarı dairədən namizəd ürəli sürəcək:

"Biz Prezident seçkilərində də iştirak etdik. Parlamentdə olmayan partiyalardan ancaq biz qatıldıq. Biz ölkənin ilk üç güclü partiyasından biri olmaq hədəfindəyik. Bunu açıq deyirik, Prezident seçkilərində yaxşı nəticə göstərdik, tədbirlərdə salon dolu idi, bunu hamı gördü. İndi də əminəm ki, rəhbərlik etdiyim partiya bu seçkilərdən uğurla çıxacaq". 

Elşad Musayev namizədliyini hansı dairədən irəli sürəcəyini də açıqlayıb:

"Azərbaycan böyükdür. Müxtəlif variantlar var. Bizim şansımız olan bir neçə dairəmiz var, məsləhətləşirik. Hazırda Xətai rayonunda 33 saylı dairə seçki dairəsinin ərazisində yaşayıram. Ola bilər ki, elə bu dairədən namizəd olacağam".

Qeyd edək ki, həmin dairənin deputatı Hüseynbala Mirələmov olub. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.307239