Keçmiş polis rəisinin "parkovşikləri" vətəndaşı ailəsinin yanında döydü - VİDEO

2022-08-04 21:59:00

Keçmiş polis rəisinin

Paytaxtın Ağ şəhər adlanan ərazisində "parkovşiklər" vətəndaşa hücum çəkib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, ailəsi ilə Ağ şəhər ərazisində istirahət etməyə gedib. Bu zaman özünə məxsus 10-VL-011 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobili ərazidə park edib. Çıxan zaman isə özünü parkinq əməkdaşı kimi təqdim edən şəxs ondan pul tələb edib. Pulu vermədikdə isə digər "həmkarları" ilə bərabər ailəsinin yanında ona hücum çəkiblər. Təhqiredici ifadələr işlədib, avtomobilə və vətəndaşa zərbələr endiriblər.

Bununla bağlı vətəndaş Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Qeyd edək ki, vətəndaşı döyən şəxslər özlərini "Çinar parkinq" şirkətinin əməkdaşları kimi təqdim edib. Xatırladaq ki, adıçəkilən şirkət keçmiş polis rəisi, Nizami Qocayevə məxsusdur.

Xatırladaq ki, Nizami Qocayev son olaraq İsmayıllı rayon polis Şöbəsinin rəisi olub.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061258