Keçmiş nazir Paşinyanın yalanını üzə çıxardı: "Xəbəri vardı"

2022-04-18 13:15:00

Keçmiş nazir Paşinyanın yalanını üzə çıxardı:

“Ermənistanın baş naziri Nikol Paşinyan ordunun problemlərindən xəbərdar idi”. 

Hurriyyet.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri hazırda həbsdə olan keçmiş müdafiə naziri Davit Tonoyan deyib.

Ermənistanın keçmiş müdafiə naziri bildirib ki, hər şey “Silahların və hərbi texnikanın inkişafı proqramı”nda göstərilib.

Xatırladaq ki, Paşinyan aprelin 13-də, Milli Assambleyada çıxışı zamanı bildirib ki, orduda dəbilqə və zireh problemi ilə bağlı ilk dəfə müharibədən bir neçə gün sonra xəbər tutub.

“Məsuliyyətlə bildirirəm ki, silahlanma, hərbi texnikaya, o cümlədən dəbilqə-zirehlərə olan tələbat, Ermənistan hökuməti tərəfindən sonuncu dəfə Nikol Paşinyanın dövründə, bir daha təsdiq edilmiş “Silahlanma hərbi texnikanın inkişafı proqramı”nda təfərrüatlı şəkildə təqdim olunub”. - Tonoyanın yaydığı bəyanatda deyilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya