Saat:04:19
Haqqımızda

Keçmiş nazir 30 il sonra Elçibəylə bağlı bu sirri açdı - Video

2023-12-08 15:03:02

Keçmiş nazir 30 il sonra Elçibəylə bağlı bu sirri açdı - Video

"Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun".

Hurriyyet.az xəbər verir ki, bunu keçmiş təhsil naziri Firudin Cəlilov BBC Azərbaycan-a geniş müsahibəində deyib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda test üsulu ilə imtahanların keçirilməsinin təşəbbüsü özünə məxsus olub:

"Əbülfəz Elçibəy soruşdu ki, nə etmək istəyirsən? Dedim ki, test imtahanı keçirtmək istəyirəm. Baxdı-baxdı, sifətini də turşutdu. Halbuki bu barədə İsa Qənbərlə, Pənah Hüseynlə danışmışdım.

Elçibəy məni hamının yanında aşağıladı. Pis oldum, çünki hamının yanında məni pərt eləmişdi. Rus demişkən, mənimlə "razborka" apardı.

Dedim ki, bu nə sözlərdir mənə deyirsən?! Yenə ciddi-ciddi dedi ki, sözümü dedim də!

Sonralar Elçibəy fikrini dəyişdi. Xəbər göndərdi ki, o test dediyin testi həyata keçirək.

Mən o vaxt universitetdə (BDU-da - red.) işləyirdim. Aspiraturatan başlayaraq təhsil sisteminin içində olmuşam. Hər ildə olmasam, 2 ildən bir məni qəbul imtahanları komissiyalarına salırdılar. Girirsən otağa, təxminən 30 nəfərdən imtahan götürürsən. İmtahan zamanı ümumi siyahıdan başqa sənə xüsusi siyahı gətirirdilər ki, bu adamlar yüksək qiymət almalıdırlar. Yəni "kvota" olurdu. Biri Xalq yazıçısının qızıdır, ziyalıdır, o biri raykomun oğludur, digəri Mərkəzi Komitədə işləyənin... "

F.Cəlilov əlavə edib: "1980-ci illərin ortalarında çox biabırçı vəziyyət yaranmışdı. "Xüsusi siyahılar" o qədər böyümüşdü ki, ancaq "tapşırıq"la qəbul olunurdular. Qıraqda qalanlar illərlə qəbula gəlir və ali məktəbə daxil ola bilmirdilər".  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR