Saat:06:27
Haqqımızda

Keçmiş müşavir qətlə yetirildi

2025-05-21 14:16:23

Keçmiş müşavir qətlə yetirildi

Hurriyyet.az xəbər verir ki, İspaniyanın Madrid vilayətinin Posuelo-de-Alarkon şəhərində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri, 52 yaşlı Andrey Portnov qətlə yerilib.  
Yerli radiostansiyanın məlumatına görə, hadisə səhər saat 9.15 radələrində, Posuelo-de-Alarkon şəhərində, Amerika məktəbinin yaxınlığında baş verir. Hadisə yerinə getmiş tibb işçiləri həmin şəxsin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu qeydə alıblar. Xəbərdə onun köks qəfəsində 4, başında isə 1 güllə yarası olduğu bildirilir.
"Mirror" nəşrinin yazdığına görə, Portnova atəş açan şəxs motosikldə olub. Cani öz qurbanını məktəbin yaxınlığında gözləyib.
Portnov 2011-2014-cü illərdə o zamankı Prezident Viktor Yanukoviçin müşaviri olub.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.138503