Keçmiş müdafiə nazirinin fantastik müraciəti - “Ohanyan kimilərin populist çıxışlardan başqa heç nəyi qalmayıb”

2022-09-06 09:17:00

Keçmiş müdafiə nazirinin fantastik müraciəti - “Ohanyan kimilərin populist çıxışlardan başqa heç nəyi qalmayıb”

Ermənistan parlamentinin deputatı, “Ermənistan” fraksiyasının üzvü, əvvəllər isə ölkənin Müdafiə naziri postunu tutan Seyran Ohanyan absurdluğu ilə təəccüb doğuran müraciət səsləndirib. Onun bəyanatı İrəvan mətbuatında yayılıb:

“İrəvanın “Fransa” meydanında mitinq keçiriləcək.

Mən döyüş yoldaşlarımızı, silahdaşlarımız və həmfikirlərimizi, bütün tərəfdarlarımızı, bütün dövlət yönümlü, şüurlu qüvvələri “Fransa” meydanına gələrək mübarizəyə qoşulmağa çağırıram.

“Artsaxın” yanında duraq. Biz birlikdə hələ də “Artsaxı” xilas edə, Azərbaycan qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxara, erməni xalqının döyüş ruhunu, təhlükəsizliyin və ləyaqətin əsaslarını bərpa edə bilərik”.

Bir tərəfdən o, sanki hər kəsi İrəvanın mərkəzində növbəti zərərsiz etiraz mitinqinə dəvət edir. Paşinyanın hakimiyyətə gəlişindən sonra belə mitinqlərin sayı-hesabı olmayıb. Digər tərəfdən isə birdən-birə “xilas” edilməli olan “Artsax”a “üz tutur”. Amma necə “xilas etməli”? Burada o, birdən-birə “Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən rədd edilməsini” təklif edir. Bəyanat ümumilikdə, yumşaq desək, orijinal səslənir. Xüsusən də keçmiş müdafiə nazirinin ağzından. Kim bilməsə də, Ohanyan bilməmiş deyil ki, Azərbaycan qoşunları heç vaxt Ermənistanda olmayıb. Yəni onun qəribə fikirləri öz başından rədd etməsi daha faydalı olardı. Qarabağın “yanında durmağa” gəlincə, çətin ki Ohanyan və onun həddən artıq narahat olan yoldaşlarının bu niyyəti alınsın. Çünki buna cəhd etmək istəsələr belə, onların yeni Laçın marşrutu ilə Azərbaycan ərazisinə buraxılması az inandırıcıdır.

Bəs Ermənistanın keçmiş müdafiə naziri bütün bunları niyə dilə gətirir? Doğrudanmı o, hesab edir ki, məzmunca fantastik olan bu cür müraciətlər onun da sıralarında nüfuzlu mövqe tutduğu sistemli müxalifətin mövqeyini hansısa yolla gücləndirə, əlavə siyasi xallar, xalq arasında populyarlıq qazandıra bilər? Yoxsa başqa məqsədlər də ola bilər?

Hurriyyet.az xəbər verir ki, Press Klubun suallarını tanınmış ekspertlər cavablandırıb.

Hankuk Xarici Tədqiqatlar Universitetinin (Koreya) professoru, politoloq Rövşən İbrahimov:

– Məzuniyyətlər mövsümü artıq başa çatır. Sentyabr ayı universitetlərdə, məktəblərdə dərslərin başladığı, insanların öz işlərinə qayıtdığı aydır. Yəni, passiv yay tətili başa çatmaq üzrədir və təbii ki, müxalifət yenidən Ermənistan şəhərlərinin küçələrində öz etiraz aksiyalarını bərpa edə biləcəyinə ümid edir. Və bu halda Ohanyan əvvəlki etirazlara çağırışlarda iştirak etməyən, bir növ yeni sima kimi çıxış edir.

Ohanyanın “azərbaycanlıları Ermənistan ərazisindən qovmaq” fikrinə gəlincə, nəzərə almaq lazımdır ki, Azərbaycan ordusunun bir sıra uğurlu əməliyyatlarından sonra bu ölkədə Azərbaycan ordusunun onların ərazisinin dərinliyinə doğru irəlilədiyinə güclü inam var. Hətta guya ki, indi orada sərhəd zastavaları da yaradılıb. Amma bunu əminliklə söyləmək üçün ilk növbədə dövlət sərhədinin dəqiq harada yerləşdiyini müəyyən etmək lazımdır. Bunun üçün delimitasiya və demarkasiya işləri aparmaq, yalnız bundan sonra belə hadisələrin həqiqətən baş verib-vermədiyini təsdiqləmək mümkündür.

Ona görə də, təbii ki, belə bəyanatlar Qarabağ mövzusunu artıq aktual saymayan, amma Ermənistanın ərazi bütövlüyü məsələsinə həssas yanaşan Ermənistan vətəndaşları üçün işə yaraya, onları aktiv addımlara sövq edə bilər. Bu da növbəti mitinqlərə yazın sonu – yayın əvvəlində gördüyümüzdən daha çox insanın gəlməsinə səbəb ola bilər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev:

– Ohanyan kimilərə populist çıxışlardan başqa heç nə qalmayıb. Saqatelyan da həmçinin aksiyalara sentyabrda başlanmağa çağırır.

Əgər onlar çoxlu nümayişçi toplasalar, çox təəccüblənərəm. Düşünmürəm ki, “Ohanyan və Ko” nəyisə dəyişə bilər. Onların iki il əvvəl döyüşmək imkanı var idi və məğlub oldular. Sülh prosesi çətinliklə də olsa irəliləyir və ümumilikdə Ermənistan cəmiyyəti yeni müharibənin tam fəlakətə çevriləcəyini anlayır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069695