​​​​​​​Keçmiş diktatorun oğlu prezident SEÇİLDİ

2022-05-09 23:17:00

​​​​​​​Keçmiş diktatorun oğlu prezident  SEÇİLDİ

Filippində keçirilən prezident seçkilərində 64 yaşlı Ferdinand Markos qalib gəlib.

Filippin Seçki Komissiyasının (COMELEC) qeyri-rəsmi məlumatlarına görə, keçmiş diktator Ferdinand Markosun eyniadlı oğlu təxminən 24 milyon səslə prezidentlik yarışında rəqiblərini geridə qoyub.

Markosun ən yaxın rəqibi, vitse-prezident Leni Robredodur. O, 12 milyona yaxın səslə ikinci sıradadır.

İndiyədək hesablanan səslərdən keçmiş boks ulduzu Menni Pakyaonun 2 milyon 233 min 664, Manila meri İsko Morenonun 1 milyon 512 min 344, keçmiş milli polis rəisi Panfilo Laksonun 723 min 218 səs topladığı məlum olub.

67 milyondan çox seçicinin səs verdiyi seçkidə səslərin təxminən 45 milyonu sayılıb. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya