Saat:13:31
Haqqımızda

Keçmiş deputat onları ifşa etdi - “10-15 dəqiqə sonra...”

2025-12-04 12:03:22

Keçmiş deputat onları ifşa etdi - “10-15 dəqiqə sonra...”

Milli Məclisin sabiq deputatı Etibar Əliyev tədbirlərdə şahidi olduğu vəziyyəti tənqid edib.

Hurriyyet.az-ın xəbərinə görə, o, konfranslara dəvət olunan bəzi şəxslərin yalnız ön sırada əyləşmək istədiklərini bildirib.

E.Əliyevin sözlərinə görə, təşkilatçılar tez-tez qonaqların davranışlarından məyus olur, çünki bütün iştirakçıları ön cərgədə əyləşdirmək mümkün deyil. O qeyd edib ki, bəzi şəxslər, xüsusilə özünü ön planda görməyi sevənlər, istədikləri yeri almadıqda 10-15 dəqiqədən sonra tədbiri tərk edirlər.

Sabiq deputatın fikrincə, bu insanlar nə tədbirin mövzusuna, nə də çıxışçıların söylədiklərinə maraq göstərirlər: “Onlar üçün əsas məsələ yalnız diqqət mərkəzində olmaqdır. Belə yanaşma narsisizmin ağır və sağalmaz halıdır”.

Yenisabah.az