Keçmiş deputat Erkin Qədirliyə BELƏ CAVAB VERDİ - "Kimin zərrə qədər şübhəsi varsa..."

2023-01-26 09:55:00

Keçmiş deputat Erkin Qədirliyə BELƏ CAVAB VERDİ -

"Mehman Hüseynovun (Mehman Hüseynovun Erkin Qədirlini danışdırması olayı nəzərdə tutulur) dediyindən belə çıxır ki, guya MM-də oturanların heç biri demokratik seçki ilə seçilməyib. Və bu ölkədə düzgün seçki keçirilsə sanki ondan başqa heç kəs obyektiv yolla deputat ola bilməz".

Hurriyyet.az bildirir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Hüseynov çıxış edib.

Sabiq millət vəkili daha sonra fikriniə belə davam edir:

"Məsələn, mən 2010-cu ildə tam demokratik seçki ilə seçildiyimi iddia edə bilirəm. O ərəfədə başda Adil Əliyev olmaqla Ülvi Quliyev, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Madər Musayev, Aydın Abbasovun, Əli Hüseynov, İqbal Ağazadə və bir çoxlarının da demokratik yolla səs topladığının şahidiyəm. Amma mən özümə cavabdehəm. Nəzərinizə də çatdırım ki, nə Prezidentin köməkçisi olan qardaşım olub , nə də biznesim. Kimin də zərrə qədər şübhəsi varsa, gəlsin otursun qabağımda sübut eləyim".

dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000127