Saat:20:16
Haqqımızda

Keçmiş deputat borclarını ödəmək üçün obyektini satır, qiyməti isə...

2025-12-03 17:24:07

Keçmiş deputat borclarını ödəmək üçün obyektini satır, qiyməti isə...

“Muğanbank” artıq 2 ildir bağlanıb. Bank müştəriləri qarşısında maddi öhdəliklərini qarşılamaq üçün baş ofisini, yəni öz əmlakını satışa çıxarıb”.

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında lisensiyası ləğv edilən “Muğanbank”ın sahibi, sabiq deputat Əhməd Vəliyev deyib.

“İstənilən bank bağlanan zaman, onun əmlakları satışa çıxarılır. Burada qəribə nə var ki? Bu özəl sektordur, dövlət təşkilatı deyil ki. Boş şeylər yazırlar”, - o, söyləyib.

Amma Ə.Vəliyev satışa çıxarılan əmlakın qiymətini açıqlamayıb.

Qeyd edək ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli qərarı ilə lisenziyası ləğv edilib.

Bankın baş ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşdirdi. Həmin ofis satışa çıxarıldığına görə “Muğanbank” Xətai rayonu, Xocalı prospekti 36A ünvanına köçüb.