Saat:00:25
Haqqımızda

Keçi südünün qida dəyəri başqa südlərə nisbətən daha yüksəkdir - SƏBƏB

2022-08-10 21:26:00

Keçi südünün qida dəyəri başqa südlərə nisbətən daha yüksəkdir - SƏBƏB

Keçi südü inək südünə nisbətən daha faydalıdır. Ona görə ki, qida dəyəri baxımından keçi südü inək südündən daha zəngindir. Keçi südündə vitamin və minerallar daha çoxdur.

Eyni zamanda, keçi südü kalsiumla da zəngindir. Bu da uşaqlara verilə bilən ən gözəl qidadır. Uşaqların sümüklərinin formalaşmasına müsbət təsir edir. Keçi südü həmçinin yaşlılar üçün də faydalıdır. Yaşlılarda sümük ərimə prosesinin qarşısını alır. Yaşlı nəsildə oynaq boşalmalarının, əsmənin qarşısını alır. Belə bir fikir ortaya çıxır ki, bəs süd içərkən inteqrasiya yaranır axı. Qeyd edə bilərik ki, bu, inək südünə aiddir. Çünki inək südündə lakto şəkərinin səviyyəsi yüksəkdir və bunun həzm olunması laktoz emziminə ehtiyac var.

Keçi südündə laktoz şəkəri səviyyəsi aşağı olduğuna görə, bu süddən rahat şəkildə istifadə etmək mümkündür. Bağırsaq floriyası üçün də keçi südü inək südündən daha faydalıdır və bundan əlavə keçi südü qida dözümsüzlüyünə səbəb olmur.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov

Mənbə: Qidaelmi.az

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR