Saat:00:17
Haqqımızda

"Kaş bütün həyatımı o gecə keçirdiyim hisslərlə yaşayam" - Vətən Müharibəsi qazisi

2021-09-27 21:10:00

Çox qəribə hissdir ölümə getmək. Yəni öləcəyini bildiyin yerə, ölüm riskinin çox böyük olduğu yerə getmək.

Bu sözləri Vətən Müharibəsi qazisi Ziya Balıyev bildirib.

"28 sentyabrda axşam hava yeni-yeni qaralanda qardaşım zəng etdi mənə. Dedi: "Döyüşmək istəyirsən?" Dedim "niyə istəmirəm?!" Dedi "onda hazırlaş, sabah gedirik rayona, ordan da döyüşə gedirsən". İçimdə həm qəribə sevinc, həm də qəribə kədər var idi. Sevinirdim ki, bu döyüşün canlı iştirakçısı olacağam. Kədərlənirdim ki, bəlkə bir də geri qayıda bilmədim. O gün həyatımın ən unudulmaz gecəsi idi bəlkə də. Çay içdiyim fincana belə elə sevgiylə baxırdım ki. Bəlkə də sonuncu dəfə çay içirdim o fincanda. Divarlar, paltarlar, yatdığın yer, hər şey sənə hər zamankından daha fərqli görünür. Mən o gecə anladım ki, həyatda hər şey çox dəyərlidir, sadəcə o dəyərləri anlayacaq zamana ehtiyacımız var. Qərar verə bilmirdim yatım ya yox. Yaşadığım evdə bir az daha zaman keçirmək istəyirdim. Sonra isə yuxu tutdu məni və yatdım. Ondan sonra isə döyüşə..."

O qeyd edib ki, 28 sentyabr gecəsi yaşadığı hissləri heç vaxt yaşamayıb:

"Yəqin ki, heç vaxt da yaşamayacam. O hisslər əvəzolunmaz idi. Kaş bütün həyatımı o gecə keçirdiyim hisslərlə yaşayam. Heç kimin üstümə qışqırmaram, heç kimi incitmərəm, əlimdə olan hər şeyin, xüsusən zamanın qədrini bilərəm. Lakin insan unutqandır, unudur..." \\Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR