Saat:02:54
Haqqımızda

Karpenter: Bu ölkəyə görə böyük müharibə başlayacaq

2021-10-20 09:16:00

Karpenter: Bu ölkəyə görə böyük müharibə başlayacaq

Belarusdan dolayı ABŞ və Rusiya arasında böyük müharibə başlaya bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə amerikalı ekspert Ted Qalen Karpenter deyib.

Onun sözlərinə görə, Belarusla NATO arasında münasibətlər hər keçən gün gərginləşir:

“Belarus-Polşa, həmçinin Baltikyanı ölkələrin sərhədləri hərbiləşir. Silahlı qüvvələrin regionda toplaşması narahatlıq yaradır. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, ABŞ hücuma məruz qalan müttəfiqinə yardım etmək məcburiyyətindədir. Belarus və alyans sərhədində elə bir provokasiya baş verə bilər ki, onu törədəni tapmaq olduqca çətin olar. NATO və Moskvanın əsas müttəfiqi arasında gərginlik faciəyə gətirib çıxara bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR