"Karar": "Bu, Türkiyənin Paşinyana hədiyyəsidir"
Hurriyyet.az xəbər verir ki, Türkiyənin "Karar" qəzeti "Blumberq" ("Bloomberg") nəşrinin Ankaranın Ermənistanla sərhədləri yaxın 6 ay ərzində açmağı planlaşdırması xəbərini şərh edərkən, bu qərarın Bakı ilə İrəvanın Vaşinqtonda, Donald Tramp ilə birlikdə sülh bəyannaməsindən sonra verildiyini vurğulayıb.
Nəşrin yazdığına görə, sərhədlərin yaxın altı ay ərzində açılması 2026-cı il seçkiləri astanasında "Paşinyan üçün hədiyyə" olacaq.
"Karar" qəzeti yazır: "Baş nazir Nikol Paşinyan üçün bu, bir hədiyyədir. 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və onun qələbəsi sülh sazişi üçün təməli möhkəmləndirəcəkdir. Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə, Bakı sülh sazişini imzalamağa hazırdır. Ankara hər zaman qeyd edir ki. İrəvanla münasibətlərin tam normallaşması yalnız Bakı ilə yekun sülh müqaviləsindən sonra mümkündür".
Hürr Tərcüman
