Karapetyan cinayəti: Ordumuz Xankəndiyə girə bilər - Video

2022-05-11 17:38:00

Karapetyan cinayəti: Ordumuz Xankəndiyə girə bilər - Video

Ən az 20 il Ermənistanın idarəetməsində yer alan və Qarabağ klanından olan keçmiş prezidentlərin, eks-nazirlərin kütləvi aksiyalar təşkil etməkdə əsas məqsədi onsuz da təhlükəsizliklə bağlı ciddi problemləri olan işğalçı ölkədə daxili vəziyyəti gərginləşdirməkdən ibarətdir.

Bu sözləri Axar.az-a Xankəndidə general Samvel Karapetyanın törətdiyi cinayəti şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspertin sözlərinə görə, revanşistlərin planı bu dəfə öz əlaltılarından istifadə edərək hadisələri Qarabağa yönəltməkdir:

“İqtidarları dövründə Ermənistanı bataqlığa çevirənlər 2008-ci ildə seçkilərin nəticələrini saxtalaşdırmaq yolu ilə əslində qalib gələn Levon Ter-Petrosyanı prezidentlikdən məhrum etdikləri kimi, indi də Paşinyanı devirmək istəyirlər. Yenə də əvvəlki kimi öz xalqlarına yalançı vədlər verirlər. Guya Paşinyan hakimiyyətdən gedən kimi xalq ağ günə çıxacaq, düşdüyü məğlub durumdan xilas olacaq və hakimiyyətə Qarabağ klanının gələcəyi təqdirdə Ermənistan məğlub ölkədən qalb ölkəyə çevriləcək. Bu yalanlardan əslində erməni xalqı da cana doyub, dünya da boğaza yığılıb. İndi isə prosesləri özlərinə yaxın olan insanlar vasitəsilə, o cümlədən Köçəryan və Sərkisyana çox yaxın olan general Samvel Karapetyan vasitəsilə Qarabağ istiqamətinə yönəltmək istəyirlər. Karapetyanın Xankəndidə 4 nəfəri güllələməsi Azərbaycana da proseslərə müdaxilə etmək imkanı verir. Bu günədək üç dəfə soyadını dəyişən Samvel Karapetyanın 1988-ci ildən etibarən soydaşlarımıza qarşı təxribat və terror aktlarının hazırlanmasında iştirakını, 2008-ci ildəki prezident seçkiləri zamanı xüsusi qruplar yaratmasını və onları Prezident Administrasiyası binasının zirzəməsində yerləşdirərək, mülki əhaliyə atəş açdırmasını hamımız yaxşı xatırlayırıq. Bu generalın dayısının Rusiyada Rudolf Oqanov adlı kriminal avtoritet olduğu da hər kəsə məlumdur. Samvel Karapetyanın bütün keçmişi qaranlıq səhifələrdən ibarətdir. Hazırda dövlətimiz və Ordumuz yetərincə güclüdür. Ona görə də hesab edirəm ki, Azərbaycan müxtəlif formalarda Qarabağda revanşistlər tərəfindən cinayətlərin, təxribatların qarşısını almaq üçün proseslərə istənilən anda müdaxilə edə bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya