Saat:10:56
Haqqımızda

Karantin anonsu verildi: TƏBİB rəsmisindən açıqlama

2022-08-19 10:34:00

Karantin anonsu verildi: TƏBİB rəsmisindən açıqlama

Son günlər yoluxma hallarında artım müşahidə edilir. Lakin realda olan rəqəmin daha yüksək olduğunu düşünürəm. Çünki virusa yoluxan insanlar xəstəliyi yüngül keçirtdiyi üçün test vermə zərurəti yaranmır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq, xəstəxanalarda ciddi bir yataq problemi yaşanmır.

"Daha öncə COVID-19 dalğalarında gördüyümüz çətin vəziyyəti indi müşahidə etmirik. Yoluxma sayının artması dolayı yolla ağır xəstələrinin sayının artmasına gətirib çıxara bilər. Lakin karantin rejimini sərtləşdirilməsi daha çox ağır xəstə hallarının artması ilə əlaqədardır. Əgər xəstəxanalarda yer problemi yaranarsa, o zaman təbii ki, karantin rejimini sərtləşdirilməsi nəzərdən keçirilə bilər. Buna Operativ Qərargah tərəfindən mövcud vəziyyət ciddi təhlil edildikdən sonra qərar veriləcək", - deyə o bildirib.

V.Əliyev hazırkı vəziyyəti qənaətbəxş hesab etdiyini vurğulayıb.

"İstənilən halda insanlar ehtiyatlı davranmalıdır. Qapalı məkanlarda yaxın təmasda olmamalı, ara məsafəsi saxlamalı, gigiyenik qaydalara əməl etməli və vaksinasiya olunmalıdır. Düşünürəm ki, ümumilikdə hazırkı vəziyyət karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yaxın günlərdə vəziyyət yoluxma sayı və xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar olaraq gözdən keçirilə bilər və qərarlarda bunu əsasında verilə bilər", - deyə o əlavə edib

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR