Kanalizasiya xətti təmizlənir, tullantılar isə yolun ortasında qalır

2022-08-23 16:53:00

Kanalizasiya xətti təmizlənir, tullantılar isə yolun ortasında qalır

Kanalizasiya xətti təmizlənəndən sonra oradan çıxan tullantılar yığışdırılmır. Bu haqda məlumat avqustun 22-si Hurriyyet.az-a daxil olub.

Sözügedən hal Atatürk prospekti, 237-ci bina tərəfdə müşahidə edilir. Əraziyə pis qoxu yayılır. Səbəb olaraq bildirilib ki, orada dəfələrlə kanalizasiya sistemi təmizlənib. Görülmüş işlərdən sonra tullantılar bir yerə toplanıb və ərazidən uzaqlaşdırılmayıb.

Sakinlərin sözlərinə görə, bu istilərdə həmin tullantılar daha pis qoxu yaymağa başlayıb, ərazidən keçmək isə problemə çevrilib: "Şəhərin bir neçə ərazisi bu haldadır. Şikayət hara edəcəyimizi bilmirik, çarəsiz vəziyyətdə qalmışıq. Gəlib təmizləyəcəklər deyilir və nəticə yoxdur. Əraziyə pis qoxu yayılır, hər yan çirkab içindədir..Səbəb olaraq bildirilib ki, orada dəfələrlə kanalizasiya sistemi təmizlənib. Görülmüş işlərdən sonra tullantılar bir yerə yığılaraq, vaxt iyirmədən atılmalı idi. Sakinlərin sözlərinə görə, bu istilərdə həmin tullantılar daha pis qoxu yaymağa başlayıb, ərazidən keçmək isə problemə çevrilib".

Onlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələ öz həllini tapmayıb.

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054298