Kanalda boğularaq ölən şəxslər sərxoş olub - Təfərrüat

2022-05-26 11:37:00

Kanalda boğularaq ölən şəxslər sərxoş olub - Təfərrüat

Ötən gün Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Əliləmbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin su kanalına aşması nəticəsində vəfat edən şəxslər rayonun Bala Həşimxanlı kəndinin sakinləri olub.

Belə ki, ilkin araşdırmalar nəticəsində həmin şəxslərin qohum və qəza zamanı sərxoş vəziyyətdə olmaları bəlli olub.

Məlumata görə, Rasim Penciyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan şəhərindən Bala Həşimxanlı kəndinə qayıdarkən qəzaya düşüb. Şirvanda yeyib-içən dostlar avtomobillə hərəkətdə olarkən körpünün yaxınlığında qəzaya uğrayıblar. Nəticədə, yoldan çıxaraq kanala aşan maşındakı sərnişinlər: 1991-ci il təvəllüdlü Namiq Pencizadə və 1988-ci ildə anadan olmuş Vüsal Yaqubov suda boğularaq ölüb. Sürücü isə sınan şüşədən çıxaraq xilas olmağı bacarıb.

N.Pencizadə evli və 2 azyaşlı uşaq atası, V.Yaqubov isə subay olub.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü Rasim Penciyev saxlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya