Kanadanın gələcək rəhbəri Trampa meydan oxudu
2025-03-10 10:34:36

Hurriyyet.az xəbər verir ki, Kanadanın gələcək Baş naziri ölkənin heç vaxt Birləşmiş Ştatların bir parçası olmaycağını bəyan edib. "Röyter" agentliyinin məlumatına görə, hakim liberal partiyasının yeni lideri, İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Kanadanın heç bir zaman, heç bir şəkildə ABŞ ərazisi olmayacağını deyib.
Bu ilin yanvar ayında Kanadanın indiki Baş naziri Castin Tryudo öz vəzifəsindən istefa verəcəyini bəyan edib. Onu Mark Karni əvəz edəcək.
Karni deyib: "Kanada — Amerika deyil. Amerikalılara bizim resurslarımız, suyumuz, torpağımız, ölkəmiz lazımdır. Onlar buna nail olsalar, bizim həyat tərzimizi məhv edərlər".
Hürr Tərcüman
