Kanadadan Rusiyalı fiziki şəxslərinə və şirkətlərinə SANKSİYA: əmlakları və pulları müsadirə olunacaq

2022-04-27 10:09:00

Kanadadan Rusiyalı fiziki şəxslərinə və şirkətlərinə SANKSİYA: əmlakları və pulları müsadirə olunacaq

Kanada sanksiya altında olan Rusiya fiziki şəxslərinin və şirkətlərinin aktivlərinin müsadirə edilməsinə, bunula Ukraynaya təzminat ödənilməsinə icazə verən qanun qəbul etməyi planlaşdırır. Bu barədə "Bloomberg" xəbər verir. 
Kanadanın XİN naziri Mélani Joli bu qanunun G7 ölkələri içində ilk belə qanun olacağını söyləyib. Məlumat üçün bildirək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bəri Kanada 1100-dən çox rus fiziki şəxsinə və şirkətinə sanksiya tətbiq edib.
"Sanksiyalar Rusiya rejiminə təzyiq göstərmək üçün hökumətimizdə mövcud olan vasitələrdən biridir", deyə Joli açıqlamasında bildirib.
“Bu gün biz təkcə həbs etmək deyil, həm də sanksiya altında olan fiziki və hüquqi şəxslərin aktivlərinin müsadirə edilməsinə icazə vermək və müsadirədən əldə edilən gəlirlə zərərçəkmişlərə kompensasiya ödəmək imkanını gözdən keçiririk”.
"Bloomberg" qeyd edir ki, yeni tədbirlər hökumətin büdcə qanunvericiliyinə daxil ediləcək və  yayda parlamentdə qəbul olunacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya