Kanada Ukraynaya 40 milyon dollar həcmində yardım edəcək

2022-08-03 16:23:00

Kanada Ukraynaya 40 milyon dollar həcmində yardım edəcək

Hurriyyet.az “Döyçe Velle” portalına istinadla xəbər verir ki, taxıl məhsullarının saxlanılması üçün avadanlıq alınması üçün Kanada hökuməti Ukraynaya 40 milyon ABŞ dolları (52 milyon Kanada dolları) məbləğində vəsait ayıracaq. Vəsait BMT-nin Ərzaq və Kənd Təsərrüfatı İdarəsi tərəfindən təqdim ediləcək. Bu barədə məlumatı Ukraynanın Aqrar Siyasət və Kənd Təsərrüfatı Nazirliyi verib. Həmin vəsaitin 2022-ci-2023-cü illərdə əlavə 2,4 milyon ton taxılın saxlanılmasına, müvafiq texniki dəstək və avadanlığa sərf edilməsi nəzərdə tutulur. Nazirliyin hesablamalarına görə, cari mövsümdə 51,1 milyon tona qədər məhsul yığımı gözlənilir. Ukraynanın taxıl anbarlarının 14 faizi (75 milyon ton həcmə malik) zədələnib, yaxud da dağıdılıb, daha 10 faizi isə Rusiya tərəfindən işğal edilmiş ərazilərdə qalıb. Anbarların 30 faizində isə indiyə qədər ixrac edilməsi mümkün olmamış ötənilki məhsul saxlanılır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060791