Kanada şirkətinin ehtiyat hissələri İran PUA-larında necə peyda olub?-AÇIQLAMA

2022-12-06 16:01:00

Kanada şirkətinin ehtiyat hissələri İran PUA-larında necə peyda olub?-AÇIQLAMA

Kanadanın "Tallysman Wireless" şirkətinin prezidenti Cayls Panter bildirib ki, Ukraynanın verdiyi məlumata görə, şirkətin komponentləri Rusiyanın "qondarma şirkətlər"ə aid olan distribyutorlar vasitəsilə aldığı "Geran-2" adı altında İranın "Şahed-136" PUA-larında istifadə edilib. O, “The Globe and Mail” jurnalına müsahibəsində qeyd edib ki, “Tallysman Wireless” öz məhsullarını İran və ya Rusiyaya satmır və onun distribütor şəbəkəsinin sanksiyalara məruz qalan ölkələrə, fiziki şəxslərə və ya qurumlara hər hansı bir şey satması qadağandır. Onun sözlərinə görə, hissələr distribyutorlar vasitəsilə "qondarma şirkətlər"in köməyilə İrana yönləndirilib.
“İddialar səslənir ki, biz hansısa şəkildə bu məsələdə iştirak etmişik. Bu qətiyyən belə deyil. Tallysman Rusiyanın təcavüzü qarşısında Ukraynanı yüz faiz dəstəkləyir”, deyə Panter bildirib.
Kiyevdə yerləşən "StateWatch" qeyri-hökumət təşkilatı bundan əvvəl İranın "Şahed-136" PUA-larında Qərb firmalarına məxsus 30-dan çox komponentin tapıldığını bildirmişdi. Onun sözlərinə görə, "Şahed-136" İran istehsalı olan mühərrik istisna olmaqla tamamilə xarici komponentlərdən ibarətdir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.219453