"Kanada da Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı kimi tanıdı" - XAQANİ CƏFƏRLİ

2022-04-28 12:46:00

"Qətnamədə vurğulanıb ki, Rusiyanın hərbi cinayətləri sırasına kütləvi vəhşiliklər, dinc əhalinin qəsdən öldürülməsi, meyitlərin təhqir edilməsi, uşaqların zorla deportasiyası, işgəncələr, fiziki və psixoloji xəsarətlər yetirilməsi, zorlama və işgəncələr daxildir"

"Kanada parlamentinin İcmalar Palatası Rusiyanın Ukraynada törətdiyi cinayətləri soyqırım kimi tanıyıb. İcmalar Palatasının üzvləri tərəfindən yekdilliklə qəbul edilən qətnamədə deyilir ki, Rusiya ordusunun Ukraynadakı sistemli hərbi cinayətləri yerli əhalinin soyqırımının əsas əlamətidir. "Prezident Vladimir Putinin və Rusiya parlamentinin üzvlərinin göstərişi ilə Rusiya silahlı qüvvələri tərəfindən ukraynalılara qarşı törədilmiş sistematik və çoxsaylı hərbi cinayətlərin, eləcədə insanlıq əleyhinə cinayətlərin əhəmiyyətli sayda aydın sübutunu nəzərə alaraq, Kanada İcmalar Palatası hesab edir ki Rusiya Federasiya Ukrayna xalqına qarşı soyqırım törədir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, qətnamədə vurğulanıb ki, Rusiyanın hərbi cinayətləri sırasına kütləvi vəhşiliklər, dinc əhalinin qəsdən öldürülməsi, meyitlərin təhqir edilməsi, uşaqların zorla deportasiyası, işgəncələr, fiziki və psixoloji xəsarətlər yetirilməsi, zorlama və işgəncələr daxildir: "Kanada Estoniya və Latviyadan sonra Rusiyanın hərəkətlərini soyqırımı kimi tanıyan üçüncü ölkə oldu. Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı olaraq ilk dəfə ABŞ prezidenti Co Bayden adlandırmışdı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya